!-- Facebook Pixel Code -->
Tibbi Şöbə

İnteqrasiya olunmuş fərdi yanaşma

Diaqnostika

Tibbi konsultasiya

  • ‎260 ‎‎AZN – 30'

Həkim sağlamlığınızın hazırkı vəziyyətinə və xəstəlik tarixinizə nəzər salacaq, sizinlə birlikdə ehtiyac və məqsədlərinizi müzakirə edəcək, həmçinin orqanizminizin detoksikasiyası, səhhətinizin möhkəmləndirilməsi və gümrahlaşdırılması üçün sizə bütün lazımi müalicələri təyin edəcək. Proqramın sonunda bizim ekspert-həkim komandamız sizə həyat tərzinizdə sağlamlığınızı yaxşılaşdıracaq dəyişikliklərlə bağlı məlumatları təqdim edəcək.

Qidalanma üzrə konsultasiya

  • 160 ‎‎AZN - 30'

Antropometrik, metabolik və qida rasionunuzun parametrləri əsasında pəhriz mütəxəssisi sizin qidalanma vəziyyətinizi müəyyən edir və gündəlik qida ehtiyaclarınızın dərin analizini aparır. Məqsəd qida rasionunuzda olan hər hansı çatışmazlığı müəyyən edərək sizin ümumi sağlamlığınızı və gümrahlığınızı bərpa etməyə yardımçı olmaqdır.

Bioenerjinin yoxlanılması

  • 220 ‎‎AZN – 30'

Müayinəyə Rezonans Analiz Texnologiyası vasitəsilə orqanizmin əsas həyati funksiyalarının müasir, yüksək texnologiyalı bioenerji skrininqi aiddir. Skrininq nəticəsində daxili orqanların energetik vəziyyəti və bədənin müəyyən sağlamlıq göstəriciləri ilə bağlı olan funksiyaları haqqında məlumat əldə edilir. Qonağın ehtiyacları haqqında məlumat əldə edilərək orqanizmin enerji balansını bərpa etmək üçün effektiv təsirə malik fərdi müalicə planı hazırlanır.

Biokimyəvi analiz

  • 400 ‎‎AZN

Qan, sidik və ağız seliyinin tam kompleks analizi aparılır. Bu zaman iltihab göstəriciləri, qidaya qarşı dözümsüzlük, allergiyalar, neyroötürücülər, hormonlar, vitaminlər, sərbəst radikallar, minerallar və ağır metallara xüsusi diqqət verilir. Mütəxəssis nəticələri qiymətləndirir və ehtiyac olduğu halda müalicələr həyata keçirilir.

Oksidativ stressin qiymətləndirilməsi

  • 140 ‎‎AZN – 15'

Bu qabaqcıl diaqnostik analiz mövcud oksidləşən zəhərli birləşmələri effektiv şəkildə tarazlamağa imkan verən daxili antioksidant müdafiə sistemlərinin effektivliyindən asılı olaraq, orqanizmdə bioloji oksidləşmə səviyyəsini müəyyənləşdirir. Həmin balansın pozulması oksidativ stress kimi qiymətləndirilir ki, bu da hüceyrələrin zədələnməsi və yaşlanma prosesinin sürətlənməsinə gətirib çıxarır. Bu analiz antioksidant müalicəsini optimallaşdırır, onun effektivliyinə nəzarəti təmin edir və ən əsası antioksidant müalicələrinin düzgün olmayan istifadəsinin zərərli təsirindən çəkindirir.

Damar sisteminin yaşlanmasının qiymətləndirilməsi

  • 140 ‎‎AZN – 15'

Bu qeyri-invaziv test arteriyaların funksiyasının ölçülməsini və damar sisteminin yaşlanmasının qiymətləndirilməsini dəqiq müəyyən etməyə imkan verir. Buna arteriyaların elastikliyini, mərkəzi arterial təzyiqi və arteriyalardan ürəyə qayıdan nəbz dalğasının əksini ölçməklə nail olunur. Test arterial təzyiqin ölçülməsi kimi sadədir və fərdi müalicələrin təyin edilməsinə imkan yaradır.

Son qlikasiya məhsullarının qiymətləndirilməsi (AGEs)

  • 120 AZN - 15'

Bu yüksək texnologiyalara əsaslanan diaqnostik test cari zamanda toxumalarda yığılmış son qlikasiya məhsullarını ölçür. Bu məhsullar yaşla əlaqəli meydana çıxan xroniki xəstəliklərin inkişafında əsas rol oynayır. Proteinlərin qlikasiyası yaşlanmanı sürətləndirən əsas amillərdəndir. O, qan damarlarına, həyati əhəmiyyətli orqanlara təsir edir, dərinin keyfiyyətini aşağı salır, günəşin təsirindən yaranan ləkələrə, kataraktaya və s. səbəb olur. AGEs səviyyəsinin artdığı aşkar olunduqda müvafiq müalicələr təyin edilir, protein və şəkər əlaqələrini aradan qaldıran pəhriz planı da daxil olmaqla, həyat tərzində dəyişikliklər tövsiyə olunur.

 

 

Mikroelemntlərin bədəndə səviyyəsi və ağır metallar ilə intoksikasiyanın analizi

  • 260 AZN - 15'

Bu inqilabi qeyri-invaziv üsul cari zamanda toxumalarda mövcud mikroelementlərin və ağır metalların səviyyəsini aşkar etmək üçün istifadə olunur. Orqanizmi detoksikasiya etmək üçün yenidən minerallaşdırma müalicələri və təmizləmə prosedurları aparmağa lazımi obyektiv əsas verir.

Dərinin kollagenliyinin qiymətləndirilməsi

  • 140 AZN - 15'

Yüksəkhəssaslı bu ultrasəs üsul dərinin kollagenliyinin keyfiyyət və kəmiyyətini, birləşdirici toxumanın vəziyyətini qiymətləndirməyə imkan verir. O, dərinin faktiki yaşı barədə məlumat verir və eləcə də bədənin bütövlüyünü təmin edən birləşdirici toxumanın vəziyyətini əks etdirir. Bu nəticələr tibbi, tibbi-estetik və kosmetik müalicələrin təyin olunmasına imkan yaradır.

221 ərzaqa qarşı Qida dözümsüzlüyü testi

  • 600 AZN

Bu test bağırsaqların iltihabına və orqanizmdə digər müxtəlif problemlərə səbəb ola biləcək fərdi dözümsüzlük göstərilən qidaları üzə çıxarmaq üçün nəzərdə tutulub. Xroniki sağlamlıq, həzm, köp, artıq çəki və dəri problemləri olan insanlar bu testdən keçərək narahatlıqlarına son qoya bilərlər.

Müalicələr

Bioenergetik müalicə

  • 140 AZN - 30'

Müalicə orqanizmin enerji balansını bərpa etməyə yardımçı olmaq üçün bədəndə bioloji fəal nöqtələrə lazer vasitəsilə fərdi müəyyən olunan dəstəkləyici bioenerji siqnallarının verilməsindən ibarətdir. Bundan əlavə, hüceyrəvi proseslərin cavanlaşmasına təkan verən qeyri-invaziv hüceyrəvi stimulyasiyanı təmin edir.

Akupunktur müalicə

  • 180 AZN - 30'

Fərdi ehtiyaclara uyğunlaşdırılan akupunktur (iynəbatırma) müalicə oynaq ağrıları, bəzi respirator xəstəliklər, ginekoloji və mədə-bağırsaq pozğunluqları, stress, narahatlıq, sinir, eləcə də yuxu pozğunluqları daxil olmaqla, müxtəlif növ ağrıları aradan qaldırmaq məqsədilə həyata keçirilir. Adətən, bədəndə akupunktur nöqtələr və qulaqdakı nöqtələrin kombinasiyası çox yaxşı nəticələr əldə etməyə imkan verir.

Aurikulyar akupunktur müalicə

  • 180 AZN - 30'

Qulağın xarici səthindəki akupunktur nöqtələr orqanizmin daxilindəki  enerjini balanslaşdırmaq üçün alternativ yanaşma kimi istifadə olunur. Müalicə orqanizmin funksiyalarını stimulyasiya və bərpa etmək üçün mikroiynələr, mikrosferalar və tərəvəz toxumlarından müvafiq qaydada istifadədən ibarətdir. Bu üsul vegetativ sinir sisteminin balansını bərpa etməkdə çox effektiv nəticələr verir və həmçinin stresli həyat tərzinin səbəb olduğu sinir-əzələ ağrısı, narahatlıq, yuxu pozğunluğu, eləcə də əsəbilik kimi simptomları aradan qaldırmağa imkan yaradır.

Biofotomodulyasiya müalicəsi

  • 160 AZN - 30'
  • 260 AZN - 60'
  • 410 AZN - 3 müalicə seansı
  • 720 AZN - 6 müalicə seansı

Müalicəyə hüceyrələrə enerji ötürərək hüceyrə səviyyəsində metabolizmin, eləcə də dərinin vəziyyətinin yaxşılaşmasına və yaraların sağalmasına imkan verən fotoardıcıllıq texnologiyası və foton sürətləndiricilərə malik işıqkeçirici diodlardan istifadə etməklə xüsusi uzunluqlu işıq dalğalarının tətbiqi aiddir. Müalicənin qeyri-invaziv təbiəti beyinin metabolik funksiyasını yaxşılaşdırmaq, əhval-ruhiyyəni düzəltmək və xroniki yorğunluğu aradan qaldırmaq üçün onun baş nahiyəsində də tətbiqinə imkan verir.

Ozon ilə müalicə

  • 260 AZN - Qanın zənginləşdirilməsi (30')
  • 160 AZN - Əzələdaxili/Artikulyar inyeksiya (30')
  • 110 AZN - Rektal proqram (30 dəq.)

Bu müalicə orqanizmin immun sisteminin və müdafiə mexanizmlərinin gücləndirilməsinə yönəlib. Belə ki, ümumi cavanlaşma – “anti-age (yaşlanmaya qarşı) effekti”ni təmin edərək orqanizmin ümumi bərpasına yardımçı olur. Tibbi ozon üç fərqli şəkildə istifadə olunur:

1. Yorğunluq və süstlüyü aradan qaldırmaq və detoksikasiyanı yaxşılaşdırmaq üçün qonağın öz qanının ozonla zənginləşdirilməsi

2. Əzələ-sümük ağrılarını aradan qaldırmaq üçün heç bir kənar təsirə malik olmayan əzələdaxili/artikulyar inyeksiya edilməsi

3. Nazik kateter vasitəsilə düz bağırsağa ozonun verilməsi bağırsaq və qaraciyərin funksiyalarını yaxşılaşdırır, qarın boşluğunda olan ağırlıq, xroniki qəbizliklə bağlı problemlərin həllində və qaraciyərin detoksikasiyasında əhəmiyyətli rol oynayır.

Vitamin kompleksləri ilə zənginləşdirici venadaxili müalicə

  • 170 - 250 AZN (30')

Yüksək dozada antioksidantlar, vitaminlər və minerallardan ibarət xüsusi hazırlanmış kokteyllər venadaxili yeridilir. Bu, toplanaraq bədənə zərər verən və yaşlanma prosesini sürətləndirən sərbəst radikalların və oksigenin fəal formalarının səviyyəsinin yüksəlməsinə qarşı orqanizmin müdafiə gücünü artırır.

Hidrokolon müalicəsi

  • 200 AZN - 60'

Bu müalicə bağırsağın şlaklardan təmizlənməsi və toksinlərin xaric edilməsi üçün yoğun bağırsağın yuyulmasından ibarətdir. Müalicə enerji səviyyəsini yüksəldir və immun sistemini möhkəmləndirir.