!-- Facebook Pixel Code -->
QƏBƏLƏNİ KƏŞF ET

Azərbaycanda sağlam həyat tərzi və yaxşı əhval ruhiyyə bəxş edəcək tətil: Avropa qapıları astanasında təbiət və tarix.

Azərbaycanın genış və qədim ərazisinə malik olan Qəbələ öz təmiz havası, heyrətamiz təbiəti və sakitliyi ilə şübhəsiz ki, profilaktika və regenerasiya məqsədləri üçün ideal hesab olunur. Şəhərin səs-küyündən və gündəlik həyat stresindən uzaqda, yenidən bərpa və gumrahlanma üçün vaxt ayırmanın vacibliyi dərk edilir.

Qəbələ - Azərbaycanın tacındakı cəvahirat!

Bizim e.ə IV əsrdə Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ, İpək Yolu üzərində yerləşməklə, 2500 il ərzində Avropa, Hindistan və Çin arasında mədəni və ticari əlaqələrin qurulmasında müstəsna rol oynamışdır. Siz Qəbələyə səyahət etməklə bu rayonun maraqlı qalıq və tapıntıları ilə yerində tanış ola bilərsiniz.

Azərbaycanda Qəbələ rayonunu kəşf edin

Bugün Qəbələ rayonu səyahəti sevənlər üçün geniş təkliflər irəli sürən əsas turistik istiqamətdir.
Qəbələ rayonuna səyahət etməklə mədəniyyət mərkəzlərinə, qədim tarixi yerlərə, əyləncə məkanlarına və və biri-birindən dadlı mətbəxə malik məkanlara rast gələcəksiniz. Başqa sözlə, müasirliyi və qədim ənələrin vəhdətini bir arada hiss edəcəksiniz.
Qəbələ Atıcılıq Klubu 25 hektar sahəni əhatə etməklə yanaşı, Olimpiya səviyyəli dişli çarxla təchiz olunmuşdur.

Dağ-xizək idman növü üçün nəzərdə tutulmuş Tufandağ Kompleksi qış fəsli ərzində eyni anda 3000-ə qədər insana xidmət göstərməkdədir
Qəbələyə səyahət edən balacalar isə Azərbaycanın ən böyük əyləncə parkı olan “Gabaland”-də əyləncənin dadını çıxaracaqlar.

Qəbələ Beynəlxalq Hava Limanına neçə getmək olar

Qəbələ Beynəlxalq Hava Limanı Azərbaycanın şimal-qərbində, Gəncə Beynəlxalq Hava Limanına 118 km, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına isə 210 km-lik məsafədə yerləşir. Siz Qəbələyə, ümumilikdə isə Azərbaycana “Azerbaijan Airlines”, “Aeroflot Airlines”, “British Airways”, “Turkish Airlines”, “Qatar Airways”, “Etihad Airways” və s. hava yolları şirkətləri ilə səyahət edə bilərsiniz.

İstiqamətlər və praktiki məlumat

Nohur gölü və Nohurqışlaq su anbarı

Nohur gölü və ya Nohurqışlaq su anbarı — Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində - Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8–10 m, eni 4–6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m, eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 m-ə, suyunun həcmi isə 16 milyon m³-ə çatır.

Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür. Hazırda su anbarının şimal, cənubi qərb və şərq sahillərində istirahət zonaları fəaliyyət göstərir.

Bəzən sərt keçən qış aylarında Nohur gölün səthi tamamilə buz bağlayır. Bəzən qış aylarında buz örtüyünün qalınlığı 40 – 50 sm-ə çatır.