!-- Facebook Pixel Code -->

Müasir sağlamlıq mərkəzi

Sağlamlıq mərkəzi bütünlüklə sağlamlığın möhkəmləndirilməsi və yaxşılaşdırılmasına təşviq olunub. Hal-hazırda 6000 m2 sahədə müasir tibbi spa mərkəzinin yerləşdirilməsi və inkişafı üzrə plan həyata keçirilir. Burada, dəbdəbəli məkanda hər bir qonaq “Chenot” xidmətlərindən, tibbi və spa prosedurlarından yararlanmaqla tibbi müayinədən keçəcək, pəhriz qaydalarına riayyət edəcək.

Əlavə olaraq, burada əlavə tibbi estetik prosedurlar, yüksək səviyyəli metabolik laboratoriya, -110° C krio kamera, fiziki sağlamlığı yoxlamaq üçün anti-qravitasi texnologiyası və hündürlük kamerası mövcuddur. Məqsəd – bədənin və zehnin bərpası və detoksiyasıdır. Bu, sizin qısa müddətə nəzərdə tutulmuş istirahətinizi stimulverici bir həzzə çevirəcək.

Diaqnostika və müalicə prosedurları

Bu istiqamətdə bizim qonaqları Avropanın yüksək kvalifikasiyalı mütəxəssisləri – tibbi komandası müşaiyət edir.

Sağlamlıq mərkəzimizə təşrif buyuran qonağımıza  kompleks və sistemli üsullar əsasında tibbi müayinədən keçmək imkanı yaradılır. Bu müayinə, tibb mütəxəssislərinə qonağın fiziki sağlamlığının cari vəziyyətini qiymətləndirməyə, onun fərdi tələblərini anlamağa və individual prosedur üçün plan tərtib etməyə imkan verir.

Proqramlarımız ilə tanış olun

COVID-19 haqqında məlumat

Xahiş edirik nəzərə alasınız ki, "COVID-19" pandemiyası zamanı Azərbaycandan yerinə yetirilən qonaqların reservasiyalarının təsdiq olunmasi üçün koronovirus testindən keçməsi tələb olunur və test nəticələrini Chenot Palace Gabala otelinə təqdim edilməsi xahiş olunur. Həmçinin digər ölkələrdən Azərbaycana gələn qonaqların koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmələri lazımdır (yalnız “PCR”-testlər qəbul olunur).
Koronavirus testinin keçirilməsini təstiq edən arayış otelə girişdən ən gec 48 saat əvvəl təqdim olunmalıdır.

İcbari testdən keçməyən və reservasiya zamanı arayış təqdim etməyən qonaqlar otelə buraxılmayacaq. COVID-19 əlamətləri olan qonaqlar otel binasına buraxılmayacaq. Həmçinin analizinin cavabı müsbət nəticələnən qonaqlar qəbul edilməyəcəklər.