!-- Facebook Pixel Code -->
Tibbi Estetika Şöbəsi

Gözəllik və özgüvən

Müalicələr

Qabaqcıl estetik texnologiyalı: Üz və bədən müalicə prosedurları

Dərinin sağlamlığı

Dəri, üz, bədən və saçların canlandırılması üçün LED fototerapiya

Üz:

  • 120 AZN - 30' 
  • 240 AZN - 60'

Saç:

  • 120 AZN - 30'
  • 240 AZN - 60'
  • 306 AZN – 3 sessiya (hərəsi 30')
  • 612 AZN – 3 sessiya (hərəsi 60')

Prosedur hüceyrələrə enerji göndərərək dərinin vəziyyətinin yaxşılaşması, yaraların sağalması və saçların uzanmasını təmin etmək üçün xüsusi işıq dalğalarından istifadədən ibarətdir. LED-fototerapiya istənilən tibbi estetik müalicədən dərhal sonra tövsiyə olunur. Bu, bütün tibbi prosedurlar və müalicələrin nəticələrini gücləndirir. Şişkinliyi, qızartının intensivliyini və sağalma müddətini azaldır. Üz, bədən və saçlara çəkilən kosmetik məhsulların və maskaların təsirini artırır. Bu, bütün bədənin dəri sağlamlığı üçün lazımlı müalicədir.

Dərinin dərindən cavanlaşdırılması üçün Hydrafacial MD

  • 270 AZN - Hydrafacial ölü hüceyrələrin təmizlənməsi + Hialuron turşusu 
  • 270 AZN - Hialuron turşusu Hydrafacial + Peptidlər 
  • 350 AZN - Hialuron turşusu Hydrafacial + Peptidlər + Anti-piqmentasiya 
  • 440 AZN - Hydrafacial ölü hüceyrələrin təmizlənməsi + Hialuron turşusu + Peptidlər + Anti-piqmentasiya 

Üz dərisinə qulluq üçün aparılan dərinin bu çoxmərhələli təmizlənməsi proseduru zamanı qabıq çıxarılır, çirklər və ölü hüceyrələr təmizlənərək xaric edilir və dəri lazımi qidalandırıcılar, xüsusilə də antioksidantlar, peptidlər və  hialuron turşusu vasitəsilə qidalandırılaraq qorunur. O, dərinin quruluşunu və kontur xətlərini yaxşılaşdırır. Müalicə vaxt itkisinə və ya qıcıqlanmaya səbəb olmadan, dərhal nəticə verir və uzunmüddətli faydalı təsir göstərir. Prosedur bütün növ dərilər üçün təhlükəsiz və tam ağrısızdır.

Dərinin oksigenləşdirən və ona gənc parlaqlığı verən OxyGeneo proseduru

  • 160 AZN – Oxygeneo (20')
  • 360 AZN – 45 dəqiqəlik Oxygeneo +RF (45')
  • 480 AZN – 55 dəqiqəlik Oxygeneo + RF + Ultrasəs (55')
  • 320 AZN - RF + Ultrasəs

Bu müalicə daha hamar və cavan görünməsi üçün dərini oksigenləşdirmək məqsədini daşıyır. Həmçinin nəmin saxlanılmasını təmin edir, genişlənmiş məsamələri sıxlaşdırır və gözlərin ətrafındakı “şişkinliyi” yatırdır. Prosedur özündə mühüm canlandırıcı qidalandırıcıların tətbiqi ilə yumşaq qabıqvermə, dərinin təbii oksigenləşdirilməsi və dərinin dərindən cavanlaşdırılması proseslərini birləşdirir. Bütün dəri növləri üçün təhlükəsiz olan bu müalicə ağrısızdır və hər hansı qıcıqlanmaya səbəb olmadan həssas dəriyə tətbiq edilə bilər.

Tətbiq olunduğu nahiyələr: üz, boyun, dekolte və əllər

Dərinin dartılması və bədən cizgilərinin formalaşdırılması

SKINeo – Ultrasəs və elektroterapiya

  • 160 AZN – Üz və dekolte (30')
  • 160 AZN – Əllər (30')
  • 160 AZN – Yuxarı qollar (30')
  • 160 AZN – Sağrıların sellüliti (30')
  • 290 AZN - Bir nahiyyə üçün 2 sessiya 
  • 410 AZN - Bir nahiyyə üçün 3 sessiya 

SKINeo sistemi, üz və bədənin demək olar ki, bütün hissələrinin dərisini təbii yolla möhkəmləndirmək üçün aşağı intensivli pulsasiyalı ultrasəs və elektroterapiyanı birləşdirən qeyri-invaziv müalicəni təmin edir. Uğurlu və davamedici təsir etməsi üçün mühüm olan xüsusi təyinatlı məhsullar tətbiq olunur. Bədənin müxtəlif nahiyələri üçün, bu nahiyələrə anatomik yolla uyğunlaşdırılan və bütün müalicə nahiyəsində mütəmadi fəal efektlər yaradan müxtəlif aplikatorlar yerləşdirirlər. Dərinin möhkəmləndirilməsinə və toxumaların sıxlaşdırılmasına əlavə olaraq, sistem sellülit müalicəsi üçün də tövsiyyə olunur.           

Birgə tətbiq olunma yerləri:

  • 300 AZN – Əllər + budlar (30')
  • 300 AZN – Əllər + qarın boşluğu (30')
  • 300 AZN – Əllər + sağrılar (30')
  • 300 AZN – Əllər + qolların yuxarı hissəsi (30')
  • 540 AZN – 2 nahiyyə üçün 2 müalicə seansı

INDIBA – Proion Sistemi

  • 300 AZN - Bir nahiyə üçün (60')
  • 540 AZN – Bir həftə üçün 2 müalicə paketi
  • 770 AZN – Bir həftə üçün 3 müalicə paketi 

INDIBA Dərin Qulluq – Proion Sistemi xüsusi monopolyar radiotezlikli dalğaları dəri hüceyrələrinə və daha dərin toxumalara ötürən qeyri-invaziv müalicə olub, istilik və ion mübadiləsinin təsiri altında yeni kollagenin və elastinin sintezini təmin edir. Sürətli və ağrısız olan müalicə elə ilk seansdan dərin toxumaların regenerasiyası kimi nəzərəçarpan nəticələr göstərir. INDIBA sistemi üz, qollar və ayaqlarda dərinin elastikliyinin artırılması və xüsusilə kiçik dəri cizgilərinin və qırışların azaldılması üçün idealdır. Bütün bədən forması korreksiyası və bel çevrəsinin azaldılması üzrə müalicələrlə birlikdə tətbiq olunur, belə ki, bu sistem kiçik məhdudlaşdırılmış piy qatından yerli yağın toplanmasını asanlaşdırır. Prosedur “portağal qabığı” və ya sellülitlə mübarizədə effektiv təsir göstərərək dəridə qırmızı zolaq izlərinin görünüşünü yaxşılaşdırır.

Tətbiq olunduğu nahiyələr: üz, çənə, qolların yuxarı hissəsi, budlar

TriLipo Legend

  • 300 AZN - Bir nahiyə üçün (30')
  • 540 AZN – Bir həftə üçün 2 müalicə seansı
  • 770 AZN – Bir həftə üçün 3 müalicə seansı

Qeyri-invaziv prosedur olan TriLipo sistemi bir tətbiqlə iki effektiv texnologiyanı təqdim edir:

1. Dəridə kollagenin və yağ toxumasının mobilizasiyasının qarşılıqlı əlaqəsini stimulyasiya edən Tripolyar Radiotezlikli dalğalar

2. Daha dərin əzələlərin daralmasını və gücləndirilmiş limfodrenajı stimulyasiya edən TriLipo Dinamik Əzələ Fəallaşdırması

Bu texnologiyaların kombinasiyası cüzi narahatlıqla dərinin effektiv dartılmasını, üz dərisinin və bədən konturlarının liftinqini təmin edir.

Tətbiq olunduğu nahiyələr: üz, çənə, qol, qarın boşluğu, yanlar, sağrılar, “banana roll” nahiyəsi, ayağın iç hissəsi, ayağın arxa hissəsi.

Birgə tətbiqolunma yerləri:

  • 580 AZN – Üz və çənə (60')
  • 580 AZN – Qarın boşluğu və yan tərəflər (60')
  • 580 AZN – Sağrılar və sağrı-altı nahiyyələrin sellülitin müalicəsi (60')
  • 580 AZN – Aşağı ətraf bütünlüklə (60')
  • 1045 AZN – Hər həftə üçün 2 müalicə seansı

Storz Cellactor SC1 – Akustik dalğalar

  • 340 AZN - 1 nahiyə üzrə (30')
  • 640 AZN - 2 nahiyə üzrə (60')
  • 615 AZN – 1 nahiyə üzrə 2 sessiya müalicə seansı
  • 870 AZN – 1 nahiyə üzrə 3 sessiya müalicə seansı
  • 1155 AZN – 2 nahiyə üzrə 2 sessiya müalicə seansı
  • 1635 AZN – 2 nahiyə üzrə 3 sessiya müalicə seansı

Cellactor SC1 Akustik Dalğa Terapiyası (ADT) olub, qeyri-invazivdir. Bu müalicə zamanı sellülitin meydana çıxmasını, eləcə də birləşdirici toxumanın elastikliyini və möhkəmliyini artırmaq üçün akustik dalğalardan istifadə olunur. Buna qısa, yüksək enerjili defokuslaşdırılmış dalğaları uzun, alçaq enerjili radial dalğalar ilə birləşdirməklə nail olunur. Bu birləşmə dərin və səthi nahiyələrə təsir etməyə imkan verir. Nəticəni optimallaşdırmaq məqsədilə əzələ toxuması quruluşlarını və limfa sistemini oyatmaq üçün iri nahiyələrdə vibrasiya pulslarının üçüncü tətbiqi həyata keçirilir.

Tətbiq olunduğu nahiyələr: qollar, sağrılar və omba.

Lazer lipoliz proseduru

  • 300 AZN – Qollar (15')
  • 300 AZN – Qarınboşluğu (15')
  • 300 AZN – Kürək (15')
  • 300 AZN – Sağrılar (15')
  • 300 AZN – Omba (15')
  • 540 AZN - Hər həftə üçün 2 sessiya
  • 770 AZN - Hər həftə üçün 3 sessiya
  • 1080 AZN - İki nahiyyə ücün 2 sessiya
  • 1530 AZN - İki nahiyyə ücün 3 sessiya

Lazer lipoliz qeyri-invaziv, Aşağı Səviyyəli Lazer Terapiyası (ASLT) olub, xüsusilə pəhriz və idman məşqlərinə qarşı davamlı olan nahiyələrdə piyin azaldılması üçündür. Lazer yastıqları dərinin üzərində yerləşdirildikdən sonra soyuq qırmızı lazer şüaları dəridən keçərək, piy qatlarına çatmaq üçün tam dərinliyə nüfuz edir. Bu proses dəri, qan damarları və ya sinirlər kimi qonşu strukturlara zərər vermir. Lazer enerjisi piy hüceyrələrinə çatdığı zaman hadisələrin sürətli zənciri baş verir və hüceyrələrin tərkibini korlamadan piyin çıxarılmasına səbəb olur. Daha sonra limfa sistemi piyi yağlı qidaların həzm olunduğu qaydada xaric edir. Prosedur sürətlidir, çox təsirlidir və cərrahi üsulların yaratdığı qanaxma, şişkinlik və ya digər toxumaların zədələnməsi kimi fəsadlardan azad etməklə yanaşı, tamamilə ağrısızdır və reabilitasiyaya ehtiyac yoxdur. Bədən formasının korreksiyası və bel çevrəsinin azaldılması üzrə müalicələrlə, eləcə də “Şeno” üsulu ilə pəhriz proqramı ilə birlikdə həyata keçirilir.

Tətbiq olunduğu nahiyələr: qollarda lipoliz (yağların parçalanması), qarın boşluğu, yanlar, kürək, sağrılar, ombalar.

Io S21 - Elektrostimulyasiya

  • 160 AZN – Qollar və qarın boşluğu (30')
  • 160 AZN – Qarın və budlar (30')
  • 160 AZN – Omba və ayaqların arxa hissəsi (30')
  • 290 AZN – 2 müalicə seansı (30')
  • 410 AZN – 3 müalicə seansı (30')
  • 625 AZN – 5 müalicə seansı (30')

lo S21 sistemi liftinq effekti ilə bədən şəklini yenidən formalaşdıraraq dərin əzələ tonusunu təmin etmək üçün elektrik impulslarından istifadə edir. Elektrik impulslarının mükəmməl qarşılıqlı təsiri həmçinin maye qalığı, şişkinlik, sellülit və yağ turşularının aradan qaldırılmasına yardım edən limfodrenajı asanlaşdırır.

Lymphastim

  • 160 AZN - 1 sessiya
  • 290 AZN - 2 sessiya
  • 410 AZN - 3 sessiya
  • 625 AZN - 5 sessiya

Bu prosedur orqanizmin təbii bərpa prosesini sürətləndirir, sellülitin görünüşünü yaxşılaşdırır, arıqlamağa kömək edir, toksinləri xaric edir, maddələr mübadiləsini sürətləndirir, bədəni tonuslaşdırır, enerjini bərpa edir, iltihabi prosesləri azaldır.