!-- Facebook Pixel Code -->
Estetika Şöbəsi

Mükəmməl harmoniya içində

Bədən üçün masaj və prosedurlar

“Şeno Üsulu” ilə detoks masajı

  • 220 AZN - 55'

Müalicənin bu ilk fundamental mərhələsində xüsusi üsul və yüksək detoksikasiyaedici məhsulların köməyi ilə dərin toksinlər ifrazat sistemi vasitəsilə xaric olunur. Manual üsullar və xüsusi sorucu cihazın birgə fəaliyyəti bədən mayesinin hərəkətini sürətləndirir və beləliklə, toksinləri çıxarır, hüceyrə regenerasiyasını stimulyasiya edir.

“Şeno Üsulu” ilə enerji masajı

  • 220 AZN - 55'

Sorucu başlıqlar vasitəsilə meridianlarda enerji axınını asanlaşdırmağa və təmizləməyə yönəlmiş bu prosedur enerji balansını və limfa sistemini bərpa edir, qan dövranını yaxşılaşdırır.

“Şeno Üsulu” ilə relaksasiya masajı

  • 220 AZN - 55'

Bədənin bu unikal masajı fiziki və psixoloji relaksasiya yaradır, dərin gümrahlıq və rahatlıq hissi bəxş edir. Bu, əzələlərin relaksasiyasına, zehni yorğunluğun aradan qaldırılmasına, ağır fiziki və ya əqli yüklənmədən sonra orqanizmə gücünü bərpa etməyə yardımçı olur.

“Şeno Üsulu” ilə birləşdirici toxuma masajı

  • 220 AZN - 55'

Əzələ toxumasının dərindən masajı əzələlərin iltihabı ilə əlaqədar yaranan xroniki gərginliyi aradan qaldırmaq üçün nəzərdə tutulub. Bu, əzələləri rahatlamağa, toxumaları təmizləməyə və oksigenizasiyaya kömək edir.

“Şeno Üsulu” ilə limfatik manual (əl ilə) masaj

  • 220 AZN - 55'

Limfodrenaj ritmik şəkildə həyata keçirilən zərif və yumşaq harmonik prosedurdur. Bu üsul həddindən artıq relaksasiyaedicidir və orqanizmdə maye dövranını yaxşılaşdırır, limfa toxumalarında durğunluğu aradan qaldırır, immun sistemini möhkəmləndirir.

“Şeno Üsulu” ilə ayaqların və əllərin refleks zonalarının masajı

  • 220 AZN - 55'

Bu enerjiverici terapiya əl və ayaqlardakı akupunktur nöqtələrin intensiv masaj və stimulyasiyası vasitəsilə orqanizmin balansını bərpa etməyə imkan verir, həmçinin ayaq və əl oynaqlarının elastikliyini təmin edir, hərəkətliliyini  yaxşılaşdırır.

Tonuslaşdırıcı masaj

  • 220 AZN - 55'

Bədənin enerji nöqtələrinə effektiv təzyiq, yumşaq toxunuş və lazımi dartmaları özündə birləşdirən bu masaj əzələ səthlərinə dərindən nüfuz edərək effektiv təsir göstərir. Bu, orqanizmin enerji mərkəzlərinin balanslaşmasına və bütün daxili sistemlərin bir-birinə uyğunlaşmasına kömək edir.

Baş və ciyinlərin masajı

  • 220 AZN - 55'

Bu masaj gündəlik həyat tərzi ilə bağlı stressin yaratdığı gərginliyi ideal şəkildə aradan qaldırır. Qeyri-mümkün göründüyü hallarda fikir aydınlığının və konsentrasiyanın bərpası üçün əvəzsizdir. Akupunktur nöqtələrə yönəldilmiş bu yavaş, lakin dərin masaj sizə anında yüngüllük hissi verəcək və həyat enerjisini bərpa edəcək.

“Şeno Üsulu” ilə sellülitin müalicəsi masajı

  • 220 AZN - 55'

Bura lazımi nahiyələrin "Cellutec" aparatı vasitəsilə təmizlənməsi və intensiv masaji aiddir. Belə prosedur sellülitin aradan qaldırılmasının sürətləndirilməsində istifadə olunan efir yağlarının və yosunların daha yaxşı sorulmasına imkan verir.

“Şeno Üsulu” ilə qarın nahiyəsinin müalicəvi masajı

  • 220 AZN - 55'

Bu müalicə proseduru toksinləri bədəndən çıxaran və bağırsaqların funksiyasını yaxşılaşdıran qarın nahiyəsinin zərif, lakin intensiv əl masajından ibarətdir. Enerji nöqtələrinin elektrik stimulyasiyası ilə birgə qarnı köpdən azad edir və piyləri əridir.

“Şeno Üsulu” ilə regenerativ müalicə masajı

  • 220 AZN - 55'

Bədən nəfəsvermə zamanı toksinlərin 70%-dən azad olur. Effektiv nəfəsalma bədəni toksinlərdən təmizləməyə imkan verir. Əzələlər gərgindirsə, nəfəsalma səthi olur və şəxs kifayət qədər oksigen əldə edə bilmir. Bu prosedur diafraqmanı açaraq nəfəsalmanı optimallaşdırır və gərginliyi aradan qaldırır.

“Şeno Üsulu” ilə sinə masajı

  • 220 AZN - 55'

Bu müalicə tonuslaşma, möhkəmlənmə, qidalanma və yaşlanma əleyhinə qulluq tələb edən sinə dərisinin qayğısına qalmağa imkan yaradır. Eləcə də həmin nahiyəni toksinlərdən təmizləyir və enerji nöqtələrinin elektrik stimulyasiyası ilə sinə əzələlərini möhkəmləndirir.

Üz Prosedurları

“Şeno Üsulu” ilə təmizləyici detoksikasiyaedici üzə qulluq proseduru

  • 240 AZN - 55'

Bu detoksikasiyaedici və qidalandırıcı prosedur epidermisdə hüceyrələrin yenilənməsi və bərpasını təmin edir. Dərin təmizləyici prosedur illər ərzində toxumalarda toplanmış çirk və metabolik tullantıları xaric etməklə solğun dəriyə enerji bəxş edir. Dəri sağlam və parlaq olur.

“Şeno Üsulu” ilə təravətləndirici və qidalandırıcı prosedur

  • 280 AZN - 85'

Bu prosedur dərini ehtiyacı olduğu qidalandırma və nəmləndirmə ilə təmin etmək üçün toxumaları vitamin və minerallar ilə balanslaşdıran xüsusi məhsulların istifadəsindən ibarətdir. Energetik masaj birləşdirici toxumanı stimulyasiya edir, dəriyə canlılıq və parlaqlıq bəxş etmək üçün enerji axınını yaxşılaşdırır.

“Şeno Üsulu” ilə yaşlanma əleyhinə regenerativ müalicə proseduru

  • 280 AZN - 85'

Bu müalicə proseduru dərinin təbii müdafiəsini möhkəmləndirmək və sərbəst radikalları neytrallaşdırmaq üçün hüceyrə səviyyəsində təsir edən elektrik stimulyasiyası ilə birgə xüsusi masaj texnikasından ibarətdir. Prosedur nəticəsində dərinin elastikliyi və möhkəmliyi artır, dəri sallanmasının qarşısı alınır. Yaşlı və quru dərilər üçün idealdır.

“Şeno Üsulu” ilə drenaj üz masajı

  • 240 AZN - 55'

Bu prosedur üz dərisinin rəngini daha parlaq etmək, üz konturlarını yumşaltmaq və dərini tonuslaşdırmaq üçün nəzərdə tutulub. Limfatik sistemi aktivləşdirməklə təmizləyici masaj şişkinlikləri aradan qaldırır, göz qapaqlarının şişkinliyini azaldır və üz dərisini daha parlaq edir.

Kişilər üçün “Şeno Üsulu” ilə üzə qulluq proseduru

  • 240 AZN - 55'

Bu prosedur kişilərin dərisinə qulluğa dair əldə edilmiş mütəxəssis biliklərinə əsaslanaraq diqqətlə hazırlanmışdır. Proses dərindən təmizləmə və qabıqçıxarma ilə başlayır, hüceyrələrin yenilənməsini şərtləndirmək və yaşlanmanın qarşısını almaq üçün hazırlanmış dəqiq masajla davam etdirilir.

 

“Şeno Üsulu” ilə göz nahiyəsinin proseduru

  • 140 AZN - 25'

Bu eksklüziv prosedur zamanı mineral və vitaminlərlə zəngin olan fəal inqrediyentlərin qarışığından istifadə olunur. Prosedur göz nahiyəsinin zərif və həssas dərisini optimal nəmləndirmək və müdafiə etmək üçün şişkinlikəleyhinə preparatların və korreksiyaedicilərin tətbiqindən ibarətdir. Nəticədə yorğunluq əlamətləri, şişkinlik, gözlərin altında olan torbalar və kölgələr aradan qaldırılır.