!-- Facebook Pixel Code -->
Presidential Suite

Presidential Suite (474 m2) - Ümumi məlumat

Detoks, reqenerasiya və cavanlaşma üçün ideal yer olan “Chenot Palace Gabala”-ya xoş gəlmisiniz. Qəbələ dağlarının həyrətamiz təbiəti və Nohur gölünün əsrarəngiz mənzərsi qoynunda yerləşən “Chenot Palace” otelimiz sizin gəncliyinizi mükəmmək harmoniyada qoruyub saxlamaq üçün mükəmməl bir yerdir.

Mülayim, yumşaq rənglərlə əhatələnmiş, rahat və cəlbedici dizayn olunmuş “Presidential Suite” 6 və 7-ci mərtəbələrdə yerləşməkdədir. O, daxili pilləkən və liftlə təchiz olunmuşdur. Burada hər bir detal qonaqları ən yüksək səviyyədə rahatlıq və konfidensiallıq ilə təmin etmək üçün diqqətlə seçilmişdir. 7-ci mərtəbədə şəxsi SPA, mətbəx və təhlükəsizlik otağı mövcuddur. Orada həmçinin kaminlə təchiz olunmuş əsas yataq otağı, şəxsi qaralama üçün geniş terras və istirahət güşəsi vardır.

  • İki mərtəbəli süit
  • İki yataq otağı və iki mərmər işləməli vanna otağı
  • Gölə və dağlara açılan füsunkar mənzərə
  • Şəxsi məşq zalı və SPA
  • Qonaq otağı
  • Mətbəx və yemək otağı
  • “King size”  yataqlar
  • 474 m2

Xidmətlər

  • İki yataq otağı və iki mərmər işləməli vanna otağı və duş
  • Cakuzi, sauna və buxar hamamı
  • Süit daxilində pilləkən və lift
  • Şəxsi məşq zalı
  • Şəxsi terras
  • Qonaq otağı
  • İki ocaq (kamin) – yataq otağında və qonaq otağında
  • Mətbəx və yemək otağı
  • Pulsuz WI-FI
  • HDMI bağlantılı beş ədəd LED ekranlı televizor
  • DVD Player (istəyə bağlı)
  • Günəş işığının (və ya şüalarının) otağa daxil olmasına imkan verməyən jalüz
  • Xüsusi hazırlanmış “Frette” yataq dəsti və “Mühldorfer” yastıq menyusu
  • Eksküliziv “Chenot” hamam məhsulları
  • Mühafizə otağı ilə qoşulma imkanı