!-- Facebook Pixel Code -->
Deluxe Rooms

Deluxe Rooms (46 m2) - Ümumi məlumat

Detoks, reqenerasiya və cavanlaşma üçün ideal yer olan “Chenot Palace Gabala”-ya xoş gəlmisiniz. Qəbələ dağlarının həyrətamiz təbiəti və Nohur gölünün əsrarəngiz mənzərsi qoynunda yerləşən “Chenot Palace” otelimiz sizin gəncliyinizi mükəmmək harmoniyada qoruyub saxlamaq üçün mükəmməl bir yerdir.

İsti tonlarda bəzədilmiş “Deluxe rooms” füsunkar interyerə və eyvandan Nohur gölə açılan möhtəşəm mənzərəyə malikdir.
Sizə zövqlü istirahət və bərpa anları yaşadacaq olan otaqlar taxta döşəmə, yumşaq rəng çalarlı divar kağızları ilə bəzədilməklə “Chenot Palace” fəlsəfəsini özündə ehtiva edir.

  • Bir yataq otağı və bir mərmər işləməli vanna otağı
  • Gölə açılan füsunkar mənzərə
  • Oxuma sahəsi
  • “King size” və ya “Twin” yataqlar
  • 46 m2

Xidmətlər

  • Bir yataq otağı, mərmər işləməli vanna otağı və duş
  • Otağa aid şəxsi eyvan
  • Pulsuz Wi-Fi
  • HDMI bağlantılı LED ekranlı televizor
  • DVD player (müraciət əsasında)
  • Xüsusi hazırlanmış “Garnier-Thiebaut” yataq dəsti və “Mühldorfer” yastıq menyusu
  • Günəş işığının (və ya şüalarının) otağa daxil olmasına imkan verməyən jalüz
  • Eksküliziv “Chenot” hamam məhsulları
  • “Junior Suite” otağına qoşulma imkanı (məhdud sayda)