!-- Facebook Pixel Code -->

Müasir sağlamlıq mərkəzi

Bizim müasir tibbi spa mərkəzimiz (6000 m2) tamamilə sağlamlığın möhkəmləndirilməsi və əhval-ruhiyyənin yaxşılaşdırılmasına həsr olunub. Burada, hər bir qonaq Şeno tibbi və spa prosedurlarından yararlanmaqla yanaşı tibbi müayinədən keçir və pəhriz qaydalarına riayyət edir.

Əlavə olaraq, burada tibbi estetik prosedurlar, yüksək səviyyəli metabolik laboratoriya, -110° C krio kamera, fiziki sağlamlığı yoxlamaq üçün anti-qravitasiya texnologiyası və hündürlük kamerası mövcuddur. Məqsəd – bədənin və zehnin bərpası və detoksikasiyasıdır. Biz sizin qısa müddətli səfərinizi bərpaedici istirahətə çeviririk.

Diaqnostika və müalicə prosedurları

Qonaqlarımızı peşəkar həkimlər, dietoloqlar, osteopatlar, terapevtlər və fərdi məşqçilər müşaiyət edir.

Sağlamlıq mərkəzimizə təşrif buyuran qonaqlarımız tibbi müayinədən keçirlər. Bu müayinə, tibb mütəxəssislərinə qonağın fiziki sağlamlığının cari vəziyyətini və tələblərini qiymətləndirmək, və fərdi qaydada müalicə planı tərtib etmək imkanını yaradır.

Proqramlarımız ilə tanış olun

COVID-19 haqqında məlumat

Xahiş edirik nəzərə alasınız ki, "COVID-19" pandemiyası zamanı Azərbaycandan yerinə yetirilən qonaqların reservasiyalarının təsdiq olunmasi üçün koronovirus testindən keçməsi tələb olunur və test nəticələrini Chenot Palace Gabala otelinə təqdim edilməsi xahiş olunur. Həmçinin digər ölkələrdən Azərbaycana gələn qonaqların koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmələri lazımdır (yalnız “PCR”-testlər qəbul olunur).
Koronavirus testinin keçirilməsini təstiq edən arayış otelə girişdən ən gec 72 saat əvvəl təqdim olunmalıdır.

İcbari testdən keçməyən və reservasiya zamanı arayış təqdim etməyən qonaqlar otelə buraxılmayacaq. COVID-19 əlamətləri olan qonaqlar otel binasına buraxılmayacaq. Həmçinin analizinin cavabı müsbət nəticələnən qonaqlar qəbul edilməyəcəklər.