!-- Facebook Pixel Code -->
Tibbi Şöbə

İnteqrasiya olunmuş fərdi yanaşma

Diaqnostika

Tibbi Konsultasiya

  • 130 Avro – 30’

Həkim sizin sağlamlığınızın hazırki vəziyyətinə və xəstəlik tarixinizə nəzər salacaq və sizinlə birlikdə ehtiyac və məqsədlərinizi müzakirə edəcək, həmçinin, orqanizminizin detoksikasiyası, eləcə də səhhətinizi möhkəmləndirmək və gümrahlaşdırmaq üçün sizə bütün lazımi müalicələri təyin edəcək. Proqramın sonunda bizim ekspert həkim komandamız sizi səhhətinzi yaxşılaşdıracaq lazımi həyat tərzi məlumatları ilə təmin edəcək. 

Qidalanma üzrə konsultasiya

  • 80 Avro - 30’

Antropometrik, metabolik və qida rasionunuzun parametrləri əsasında pəhriz mütəxəssisi sizin qidalanma vəziyyətinizi müəyyən edir və sizin gündəlik qida ehtiyaclarınızın dərin analizini aparır. Məqsəd, sizin rasionunuzda olan hər hansı çatışmazlıqları müəyyən etmək və sizin ümumi səhhətinizi və gümrahlığınızı bərpa etməyə yardımçı olmaqdır. 

Bioenerji yoxlanılması

  • 110 Avro – 30’

Bura, yüksək texnologiyalı Rezonans Analiz Texnologiyası vasitəsilə bədənin əsas həyati funksiyalarının bioenerji müayinəsi (skrininqi) aiddir. Əldə olunan nəticə, daxili orqanların energetik vəziyyəti, eləcə də səhhətin göstəriciləri ilə bağlı olan bədən funksiyaları haqqında məlumat ilə təmin edir.  Qonağın ehtiyacları haqqında məlumat əldə edilərək orqanizmin enerji balansını bərpa etmək üçün effektiv təsirə malik individual müalicə planı hazırlanır.

Biokimyəvi Analiz

  • 200 avro

Qan, sidik və ağız seliyinin tam analizi mümkündür. Bu zaman iltihab göstəricilərinə, qidaya qarşı dözümsüzlük, allergiyalar, neyroötürücülər, hormonlar, vitaminlər, sərbəst radikallar, minerallar və ağır metallara xüsusi diqqət verilir. Mütəxəssis nəticələri qiymətləndirir və tələb olunduğu zaman müalicələr həyata keçirilir. 

Oksidativ stressin qiymətləndirilməsi

  • 70 Avro – 15’

Bu qabaqcıl diaqnostik test, orqanizmdə antioksidant müdafiə sistemlərinə qarşı bioloji oksidasiya səviyyəsini ölçür. Bu balans pozulduqda, oksidativ stress adlanan vəziyyət, hüceyrəvi zədələnmə və yaşlanma prosesi çox sürətlənə bilər. Bu test, antioksidantlardan düzgün olmayan istifadədən qaçaraq optimallaşdırıcı antioksidant müalicəsi və onun effektivliyinə nəzarəti təmin edir. 

Damar sisteminin yaşlanmasının qiymətləndirilməsi

  • 70 Avro – 15’

Bu qeyri-invaziv test, arterial funksiyanın ölçülməsi və damar sisteminin yaşlanmasının qiymətləndirilməsini dəqiq müəyyən etməyə imkan verir. Bu, arteriyaların divarlarının sərtliyini, mərkəzi qan təzyiqi və arteriyalardan ürəyə qayıdan nəbz dalğası əksini ölçməklə əldə edilir. Test, qan təzyiqinin ölçülməsi kimi sadədir və individual müalicələrə imkan verir. 

Qabaqcıl Qlikasiyanın Son Məhsullarının Ölçülməsi (AGEs-QQSm)

  • 60 Avro - 15'

Bu yüksək texnologiyalara əsaslanan diaqnostik test cari zamanda toxumalarda yığılmış qabaqcıl qlikasiyanın son məhsullarını ölçür. Bu məhsullar, yaşla əlaqəli meydana çıxan xroniki xəstəliklərin inkişafında əsas rol oynayırlar. Proteinlərin qlikasiyası, yaşlanmanı sürətləndirən əsas amil kimi məlumdur. O, qan damarlarına, həyati əhəmiyyətli orqanlara təsir edir, dərinin keyfiyyətini aşağı salır, günəşdən yaranan ləkələrə, kataraktaya və s. səbəb olur.  Artmış QQSm-ın aşkar olunduqda müvafiq müalicələr təyin olunur və protein və şəkər əlaqələrini aradan qaldıran pəhriz planı da daxil olmaqla həyat tərzində dəyişikliklər tövsiyə olunur.

 

 

Mikroelemntlərin bədəndə səviyyəsi və ağır metallar ilə intoksikasiyanın analizi

  • 130 Avro - 15'

Bu inqilabi qeyri-invaziv metod cari zamanda toxumalarda mövcud olan mikroelementlər və ağır metalları aşkar etmək üçün istifadə olunur. Orqanizmi detoksikasiya etmək üçün yenidən minerallaşdırma müalicələri və təmizləmə prosedurları üçün lazımı obyektiv əsas verir. 

Dəridə kollagen sıxlığının ölçülməsi

  • 70 Avro - 15'

Yüksək dərəcədə həssas olan bu ultrasəs metodu, dəri və birləşdirici toxumanın keyfiyyət və kəmiyyətinin sıxlığını ölçməyə imkan verir. O, dərinin faktiki yaşı barədə məlumat verir və eləcə də, bədənin bütövlüyünü təmin edən birləşdirici toxumanın vəziyyətini əks etdirir.  Bu nəticələr, tibbi, tibbi estetik və kosmetik müalicələrin müəyyən olunmasına imkan verir. 

221 ərzaqa qarşı Qida dözümsüzlüyü testi

  • 300 Avro

Bu test, bağırsaqların iltihabına və orqanizmdə digər müxtəlif problemlərə səbəb ola biləcək individual olaraq dözümsüzlük göstərilən qidaları üzə çıxarmaq üçün nəzərdə tutulub. Xroniki sağlamlıq, həzm, köp, artıq çəki və dəri problemləri olan insanlar bu testdən istifadə edərək narahatlıqlarına son qoya bilərlər.  

Müalicələr

Bioenerji Müalicəsi

  • 70 Avro - 30'

Bu,  orqanizmin enerji balansını bərpa etməyə yardımçı olmaq üçün bədəndə bəzi nöqtələrə lazer vasitəsilə dəstəkləyici indivudal müəyyən olunan bioenerji siqnallarının verilməsindən ibarətdir. Burada həmçinin hüceyrəvi proseslərin cavanlaşmasını təmin edən qeyri-invaziv hüceyrəvi stimulyasiya da təklif olunur.

Akupunktur Müalicə

  • 90 Avro - 30'

Individual ehtiyaclara uyğunlaşdırılan akupunktur (iynəbatırma) müalicəsi, oynaq ağrıları, bəzi respirator xəstəliklər, ginekoloji və mədə-bağırsaq pozğunluqları, stress, narahatlıq, sinir, eləcə də yuxu pozğunluqları daxil olmaqla  müxtəlif növ ağrıları aradan qaldırmaq üçün həyata keçirilir. Adətən orqanizmin akupunktur nöqtələri və qulaqdakı nöqtələrin kombinasiyası çox yaxşı nəticələr əldə etməyə imkan verir. 

Aurikulyar Akupunktur Müalicə

  • 90 Avro - 30'

Qulağın xarici səthindəki akupunktur nöqtələri, orqanizm daxilindəki enerjini balanslasdırmaq üçün alternativ yanaşma kimi istifadə olunur.  Müalicə, orqanizmin funksiyalarını stimulyasiya və bərpa etmək üçün mikro-iynələr, mikrosferalar və tərəvəz toxumlarından müvafiq qaydada istifadədən ibarətdir. Bu üsul, avtonom sinir sistemin balansını bərpa etməkdə çöx effektiv nəticələr verir və həmçinin, stressli həyat tərzinin səbəb olduğu sinir-əzələ ağrısı, narahatlıq, yuxu pozğunluğu, eləcə də əsəbilik kimi simptomları da aradan qaldırmağa imkan verir. 

Biofotomodulyasiya Müalicəsi

  • 80 Avro - 30'
  • 130 Avro - 60'
  • 3 Müalicə seansı – 204 Avro
  • 6 Müalicə seansı – 360 Avro

Bura, hüceyrələrə enerji ötürmək və beləliklə, hüceyrə səviyyəsində metabolizmin, eləcə də dərinin vəziyyətinin yaxşılaşmasına və yaraların sağalmasına imkan verən foto-ardıcıllıq texnologiyası və foton sürətləndiricilərə malik işıq keçirici diodlardan istifadə etməklə xüsusi uzunluqlu işıq dalğalarının tətbiqi aiddir.  Müalicənin qeyri-invaziv təbiəti, beynin metabolik funksiyasını yaxşılaşdırmaq, əhvalı düzəltmək və xroniki yorğunluğu aradan qaldırmaq üçün onun başda da tətbiqinə imkan verir.

Ozon ilə Müalicə

  • 130 Avro - Qanın zənginləşdirilməsi 30' 
  • 80 Avro - for Əzələdaxili/artikulyar inyeksiya 30' 
  • 55 Avro - Rektal proqram 30' 

Bu müalicə, orqanizmin immun sistemini və müdafiə mexanimzlərini gücləndirməyə yönəlib. Bu, oranizmin ümumi cavanlaşması- anti-age (yaşlanmaya qarşı effektiv) effektini təmin edir. Tibbi ozon üç müxtəlif tətbiqlərdə istifadə olunur: 1. Yorğunluq və süstlüyü aradan qaldırmaq və detoksikasiyanı yaxşılaşdırmaq üçün qonağın öz qanını ozonla zənginləşdirmək. 2. Əzələ-sümük ağrılarını aradan qaldırmaq üçün heç bir kənar təsirə malik olmayan əzələdaxili /artikulyar inyeksiya və 3. Nazik katetir vasitəsilə düz bağırsağa ozonun verilməsi bağırsaq və qara ciyərin funksiyalarını yaxşılaşdırır, qarın boşluğunda olan tonusu, xroniki qəbzlik və qara ciyərin detoksikasiyasında yardım edir.

Venadaxili Zənginləşdirici Müalicə

  • 85-125 Avro - 30'

Ağır metallar ilə zəhərlənmə əleyhinə effektiv müdafiə təşkil etmək və orqanizmi zədələyən və onun yaşlanmasını sürətləndirən sərbəst radikallar və reaktiv oksigen formalarının toplanmasına qarşı bədənin müdafiəsini yaxşılaşdırmaq üçün güclü antioksidantlar, vitaminlər, minerallar və təmizləyici vasitələrdən xüsusi hazırlanmış kokteyllər damar daxilinə tətbiq olunur.

Hidro-kolon Müalicəsi

  • 100 Avro - 60 min

Bu müalicə, bağırsaqdan çirkləri və toksinləri xaric etmək üçün yoğun bağırsağın yuyulmasından ibarətdir. Bu, enerji səviyyəsini yüksəldir və immun sistemini gücləndirir.