!-- Facebook Pixel Code -->
Tibbi Estetika Şöbəsi

Gözəllik və özgüvən

Diaqnostika (Öncədən tələb olunduğu tədqirdə mümkündür)

Tibbi Konsultasiya

  • 80 Avro - 30'

İstənilən müalicədən əvvəl, tibbi estetika həkimi size narahat edən nahiyəni müəyyən edib, geniş sayda mövcud həlli yollarını sizinlə müzakirə edəcək. Həkim, daim təhlükəsiz və təbii nəticəni hədəf götürərək, sizin gözlədiyiniz nəticələri nəzərə almaqla ehtiyac duyduğunuz və arzu etdiyiniz düzgün müalicəni seçməkdə sizə kömək edəcək. 

Tibbi Konsultasiya və Dəri Analizi Kosmetik Tibbi Müalicələri tərəfindən təkrar geri ödənilə bilər.

Dəri Analizi

  • 120 Avro - 30'

Bu, sizin dərinizin indiki vəziyyətini və onun ehtiyaclarını yüksək dəqiqliklə müəyyən etmək məqsədilə, müasir multi-parametrli dəri analizindən ibarətdir. Dərinin kollagen şəklinin çəkilməsi, elastiklik, trans-epidermal su itkisi, pH, hidratasiya, işıq sorması/işığa həssaslıq, dəri yağ vəzlərinin sekresiyası kimi parametrlər ölçülür. Bu, mütəxəssislərimizin sizin ehtiyaclarınıza daha yaxşı uyğun gələn  dəri aplikasiyalarınızı. müalicə protokollarınızı və kosmetik məhsulları tətbiq etmələrinə imkan verir.   

Tibbi Konsultasiya və Dəri Analizi Kosmetik Tibbi Müalicələri tərəfindən təkrar geri ödənilə bilər.

Müalicələr

Qabaqcıl Estetik Texnologiyalı Üz və Bədən Müalicə Prosedurları

Dərinin sağlamlığı

Dəri, Üz, Bədən və Saçların Canlandırılması üçün LED Fototerapiyası

Üz:

  • 30 dəq. / 60 Avro
  • 60 dəq. / 120 Avro

Saç:

  • 30 dəq. / 60 Avro
  • 60 dəq. / 120 Avro
  • 153 Avro – Biri 30 dəqiqəlik 3 sessiya
  • 306 Avro – Biri 60 dəqiqəlik 3 sessiya

Bu, hüceyrələrə enerji göndərmək və beləliklə, dərinin vəziyyətini yaxşılaşdırmaq üçün xüsusi işıq dalğalarından istifadə olunması, yaraların sağaldılması və saçların uzanmasının şərtləndirilməsindən ibarətdir. 

LED Fototerapiya istənilən tibbi estetik müalicədən dərhal sonra tövsiyyə olunur. Bu, bütün tibbi prosedurlar və müalicələrin nəticələrini gücləndirir.  Şişkinliyi, qızartının intensivliyini və sağalma müddətini azaldır. Üz, bədən və saçlara çəkilən kosmetik məhsulların və maskaların təsirini artırır. Bu, bütün bədənin sağlamlığı üçün “labüd bir müalicədir”

Dərinin Dərindən Cavanlaşdırılması üçün Hydrafacial MD

  • 135 Avro - Hydrafacial ölü hüceyrələrin təmizlənməsi + hialuron turşusu 
  • 135 Avro - Hialuron turşusu Hydrafacial + peptidlər 
  • 175 Avro - Hialuron turşusu Hydrafacial + peptidlər + anti-piqmentasiya 
  • 220 Avro - Hydrafacial ölü hüceyrələrin təmizlənməsi + hialuron turşusu + peptidlər + anti-piqmentasiya 

Bu, üzün çoxpilləli müalicə olub, dərini təmizləyir, eyni bərabərdə qabıqdan çıxarır, çirkləri və ölü hüceyrələri təmizləyərək xaric edir və bu zaman, dərini lazımi qidalandırıcılar, xüsusilə də, antioksidantlar, peptidlər və hialuron turşusu vasitəsilə qidalandıraraq mühafizə edir. O, dərinin toxuma quruluşu və kontur xətlərini yaxşılaşdırır. Müalicə, heç bir hərəkətsizlik müddəti və ya qıcıqlanmaya səbəb olmadan, dərhal nəticə və uzunmüddətli faydasını göstərir. Proses bütün növ dərilər üçün təhlükəsizdir və tam ağrısızdır.   

Dərinin Oksigenləşdirilməsi və Gənc Parlaqlığın verilməsi üçün OxyGeneo

  • 80 Avro – 20 dəqiqəlik Oxygeneo
  • 180 Avro – 45 dəqiqəlik Oxygeneo +RF 
  • 240 Avro – 55 dəqiqəlik Oxygeneo + RF + Ultrasəs 
  • 160 Avro - RF + Ultrasəs

Bu müalicə daha hamar və cavan görünməsi üçün dərini oksigenləşdirmək məqsədinə xidmət edir.  Bu həmçinin, nəmin saxlanmasını təmin edir, genişlənmiş məsamələri sıxlaşdırır və gözlərin ətrafındakı “şişkinliyi” yatırdır.  Yumşaq qabıqvermə, dərinin təbii oksigenləşdirilməsi və dərinin dərindən cavanlaşdırılması proseslərini mühüm canlandırıcı qidalandırıcıların tətbiqi ilə birləşdirir. Bu, bütün dəri növləri üçün təhlükəsiz müalicə olub, ağrısızdır və hər hansı qıcıqlanmaya səbəb olmadan həssas dəriyə tətbiq edilə bilər.  

Tətbiqolunma yerləri: Üz, Boyun, Dekolte və Əllər

Dərinin dartilmasi və bədən cizgilərinin formalaşdirilmasi

SKINeo – Ultrasəs və Elektroterapiya

  • 80 Avro – 30 dəqiqə (əllər)
  • 80 Avro – 30 dəqiqə (yuxarı qollar)
  • 80 Avro – 30 dəqiqə (sağrıların sellülitü)
  • 80 Avro – 30 dəqiqə (budların sellüliti)
  • 144 Avro - Bir nahiyyə üçün 2 sessiya 
  • 204 Avro - Bir nahiyyə üçün 3 sessiya 

SKINeo sistemi, üz və bədənin demək olar ki, bütün hissələrinin dərisini təbii yolla möhkəmləndirmək üçün aşağı intensivli pulsasiyalı ultrasəs və elektroterapiyanı birləşdirən qeyri-invaziv müalicəni təmin edir. Uğurlu və davamedici təsir etməsi üçün mühüm olan xüsusi təyinatlı məhsullar tətbiq olunur. Bədənin müxtəlif nahiyələri üçün, bu nahiyələrə anatomik yolla uyğunlaşdırılan və bütün müalicə nahiyəsində mütəmadi fəal efektlər yaradan müxtəlif aplikatorlar yerləşdirirlər. Dərinin möhkəmləndirilməsinə və toxumaların sıxlaşdırılmasına əlavə olaraq, sistem sellülit müalicəsi üçün də tövsiyyə olunur.           

Birgə tətbiq olunma yerləri:

  • 150 Avro – 30 dəqiqə (əllər + budlar)
  • 150 Avro – 30 dəqiqə (əllər + qarın boşluğu)
  • 150 Avro – 30 dəqiqə (əllər + sağrılar)
  • 150 Avro – 30 dəqiqə (əllər + qolların yuxarı hissəsi)
  • 270 Avro – 2 nahiyyə üçün 2 Müalicə Paketi

INDIBA – Proionik Sistem

  • 150 Avro (hər nahiyə üçün) – 60 dəqiqə
  • 270 Avro – bir həftə üçün 2 Müalicə Paketi
  • 383 Avro – bir həftə üçün 3 Müalicə Paketi 

Indiba Dərin Qulluq – Proionik Sistem xüsusi monopolyar radiotezlikli dalğaları dəri hüceyrələrinə və daha dərin toxumalara ötürən qeyri-invaziv müalicə olub, yeni kollagenin və elastinin istilik və ion mübadiləsi yolu ilə sintezini təmin edir.  Müalicə sürətli və ağrısız olub, elə birinci sesansdan toxumaların təkrar əmələ gəlməsi kimi nəzərəçarpan nəticələr göstərir. Indiba sistemi üz, qollar və ayaqlarda dərinin elastikliyinin artırılması və xüsusilə, incə cizgilərin formalaşdırılması və qırışların azaldılması üçün idealdır. Bu, bütün bədənin kontur plastikası və ətraf cizgilərin bərpası üzrə müalicələrlə birlikdə tətbiq olunur, belə ki bu sistem kiçik məhdudlaşdırılmış yağ depozitlərindən yerli yağın toplanmasını asanlaşdırır.  Qırmızı zolaq izlərinin görünməsini əhəmiyyətli şəkildə yoluna qoyur və “portağal qabığı” və ya sellülit üçün dəyərli bir həlli yoludur.    

Tətbiqolunma yerləri: Üz, Çənə, Qolların yuxarı hissəsi, Budlar

 

TriLipo Legend

  • 150 Avro - hər nahiyə üçün
  • 270 Avro – bir həftə üçün 2 Müalicə Paketi
  • 383 Avro – bi rhəftə üçün 3 Müalicə Paketi

TriLipo sistemi qeyri-invaziv müalicə olub, bir tətbiqolunma yolu ilə iki efektiv texnologiya ilə aşağıdakıları göndərir:

   1. Dəri kollageninin təmasını və yağ toxumasının cəlb olunmasını şərtləndirən Üçqütbülü RadioTezlikli dalğaları

   2. Daha dərin əzələrin sıxılması və limfo-drenajına məcbur etməsini şərtləndirən TriLipo Dinamik Əzələ Fəallaşması  

Bu texnologiyaların kombinasiyası effektiv dəri dartılması, üz liftinqi effekti və bədən konturunun formalaşdırılmasını minimum diskomfortla təmin edir.

Tətbiqolunma yerləri: Üz, Çənə, Qol, Qarın boşluğu, Yanlar, Sağrılar, Banan Roll, Ayağın daxili hissəsi, ayağın arxa tərəfi

Birgə tətbiqolunma yerləri:

  • 290 Avro – 60 dəqiqə (üz və çənə)
  • 290 Avro – 60 dəqiqə (qarın boşluğu və yan tərəflər)
  • 290 Avro – 60 dəqiqə (sağrılar və banan roll)
  • 290 Avro – 60 dəqiqə (aşağı ətraf bütünlüklə)
  • 522 Avro – hər həftəyə 2 Müalicə paketi

Storz Cellactor SC1 – Akustik dalğalar

  • 170 Avro (1 nahiyə üzrə) – 30 dəqiqə
  • 320 Avro (2 nahiyə üzrə) – 60 dəqiqə
  • 306 Avro – hər həftə 1 nahiyə üzrə 2 sessiya
  • 434 Avro – hər həftə 1 nahiyə üzrə 3 sessiya
  • 576 Avro – hər həftə 2 nahiyə üzrə 2 sessiya
  • 886 Avro – hər həftə 2 nahiyə üzrə 3 sessiya

Cellactor SC1 Akustik Dalğa Terapiyası (ADT) olub, qeyri-invazivdir və bu müalicə zamanı sellülit və birləşdirici toxumanın elastikliyi və bərkliyini artırmaq üçün akustik dalğalardan istifadə olunur.  Qısa-yüksək-enerjinin defokuslaşdırılmış dalğalarını uzun-alçaq-enerji şüa-dalğaları ilə birləşdirilməsi yolu ilə əldə edilir.  Bu birləşmə dərin və dərində olmayan nahiyələrin müalicəsinə imkan verir. Nəticəni yüksəltmək məqsədilə, əzələ toxuması quruluşlarını və limfatik sistemini oyatmaq üçün iri nahiyələrdə vibrasiyalı pulsların üçdə biri tətbiq olunur.

Tətbiqolunma yerləri: Qollar, Sağrılar və Omba.

Laser-Lipo

  • 150 Avro – 15 dəqiqə (qollar)
  • 150 Avro – 15 dəqiqə (qarınboşluğu)
  • 150 Avro – 15 dəqiqə (kürək)
  • 150 Avro – 15 dəqiqə (sağrılar)
  • 150 Avro – 15 dəqiqə (omba)
  • 270 Avro - hər həftə üçün 2 sessiya
  • 383 Avro - hər həftə üçün 3 sessiya
  • 540 Avro - İki nahiyyə ücün 2 sessiya
  • 765 Avro - İki nahiyyə ücün 3 sessiya

Laser-Lipo qeyri-invaziv, Aşağı Səviyyəli Lazer Terapiyası (ASLT) olub, xüsusilə pəhriz və idman məşqlərinə qarşı müqavimətli nahiyələrdə yerli yağ toxumasının zəiflədilməsi üçündür.  Lazer yastıqcaları dərinin üzərində yerləşdirildiyi zaman soyuq qırmızı lazer şüaları dəridən keçərək, piy qatlarına yetişənə qədər tam dərinliyə nüfuz edir. Bu proses dəri, qan damarları və ya sinirlər kimi ətraf quruluşlara zərər vermir. Lazer enerjisi piy hüceyrələrinə dəydiyi zaman sürətli bir hadisələr zənciri baş verərək bu hüceyrələrin heç öz piy tərkibini korlamadan azad etməsinə səbəb olur. Daha sonra limfa sistemi piyi həzm olunmuş yağlı qidalar kimi eyni qaydada xaric edir. Müalicə sürətlidir, çox təsirlidir və cərrahi metodlarla əlaqəli mənfi təsirlərdən azad olmaqla yanaşı, tamamilə ağrısızdır və heç bir hərəkətsizliyiə ehtiyac yoxdur.  Döyülmə, tərləmə yoxdur, digər toxumalar zədələnmir.  Bu, bütün bədənin kontur plastikası və ətraf cizgilərin bərpası üzrə müalicələrlə və Şeno pəhriz proqramı ilə birlikdə həyata keçirilir.

Tətbiqolunma yerləri: Qollarda Lipoliz (Yağların parçalanması), Qarın boşluğu, Yanlar, Kürək, Sağrılar, Ombalar.

 

Io S21- Elektrostimulyasiya

  • 80 Avro – 30 dəqiqə (qollar və qarın boşluğu)
  • 80 Avro – 30 dəqiqə (qarın və budlar)
  • 80 Avro – 30 dəqiqə (omba və ayaqların arxa hissəsi)
  • 144 Avro – Hərbiri 30 dəqiqəlik 2 Sessiya
  • 204 Avro – Hərbiri 30 dəqiqəlik 3 Sessiya
  • 312 Avro – Hər biri 30 dəqiqəlik 5 Sessiya

Əzələnin dərindən tonuslandırılması üçün İoS21 sistemi elektrik pulsları göndərərək bütün bədəndə liftinq prosesi ilə bədən fiqurunu yenidən formalaşdırır. Elektrik pulslarının mükəməl sinergiyası həmçinin, limfo-drenaja imkan verir ki, bu da su qalığı, tərləmə, sellülit və yağ turşularının xaric edilməsinə yardım edir.  

Lymphastim

  • 80 Avro
  • 144 Avro - 2 sessiya
  • 204 Avro - 3 sessiya
  • 312 Avro - 5 sessiya

Bu müalicə, bədəni formalaşdırmağa kömək edir, maddələrin mübadiləsini sürətləndirir, selülit görünüşünü yaxşılaşdırır, arıqlamağa kömək edir, toksinleri aradan qaldırır və iltihabı azaldır.

Kosmetologiya (Öncədən tələb olunduğu tədqirdə mümkündür)

TZP ilə Biorevitalizasiya

  • 600 Avro (hər kiçik nahiyə)
  • 1100 Avro (bütün üz nahiyyəsi) 

Sizin öz inkişaf amillərinizlə zəngin xüsusi Trombositlərlə Zənginləşdirilmiş Plazma yaşlanma əleyhinə yüksək effektiv nəticələr göstərən kollagen əmələ gəlməsini şərtləndirir.  

- Sifət, boyun dekolte nahiyəsi və əlləri bərpa edir

- Çapıqları və zolaq izlərini yaxşılaşdırır

- Saçı bərpa edir və saçın yenidən uzanmasına kömək edir.  

Hialuron turşusu doldurucuları

  • Hər bir ml – 30 dəq. üzrə 400 Avro 

                                                                                                           

Köndələn molekul birləşməli hialuron turşusu həcm və elastikliyini itirmiş bütün üz toxumalarını müalicə etmək üçün doldurucu kimi istifadə edilir. Ondan, üzdəki qırış və çapıqları müalicə etmək, lazım olan yerlərə həcmləşdirici bir effekt vermək, dodaqların konturunu yaxşılaşdırmaq, alt kipriyin ətrafındakı qara dairələri korrektə etmək və “yaşlanmış” əllərin görünüşünü yaxşılaşdırmaq üçün istifadə olunur. 

Bu, hüceyrələrin daha çox kollagen əmələ gətirməsini şərtləndirir və buna görə də, hialuron turşusu yaşlanma əleyhinə mühüm müalicədir.

Müalicə ağrısızdır, çünki şprisin içərisində az miqdarda yerli keyləşdirici maddə vardır.  

Botulin proseduru

  • 200 Avro (hər kiçik nahiyə üçün 10 dəq.)                
  • 550 Avro (bütün sifət)          
  • 300 Avro (boyun, botoks boyun liftinqi)
  • 300 Avro (dekolte nahiyəsi)
  • 900 Avro (qoltuqlar və ya əllər və ya ayaqlar)

Məşhur Botoks sifətin xüsusi əzələlərin gərginliyini azaltmaq və əsasən, intensive üz mimikalarından əmələ gələn “dinamik” qırışları azaltmaq üçün istifadə olunur. Bundan həmçinin, boyundakı dəri düyünlərini və dekolte qırışlarını hamarlaşdırmaq üçün istifadə edilir. Müalicənin məqsədi “təbii Botoks görünüşünü” sürətləndirmək və intensiv qırışlar əmələ gətirmədən bütün üz ifadələrinə yol verməkdir. 

Nəhayət, Botoks ovucların, qoltuqların və ayaqların tər vəzilərində artıq tərin (sürətlə tərləməni) əmələ gəlməsinin qarşısını ala bilər.   

Mezoterapiya

  • 400 Avro (üz)
  • 500 Avro (ikiqat çənə)
  • 300 Avro (boyun)
  • 300 Avro (hərnahiyədəkisellülit)
  • 450 Avro – 30 dəq (saç)

Lazım olan nəticəni almaq üçün farmaseftik və homeopatik preparatların, bitki cövhərlərinin, vitaminlərin, qeyri-köndələn-molekul-əlaqəli hialuron turşuların, amin turşularının, ko-enzim Q10 və digər inqrediyentlərin müxtəlif kombinasiyaları ilə çoxsaylı inyeksiyalar.

Tətbiq olunduğu nahiyələr:

- Sifət > Antioksidant, bərpa, hidratlaşdırma, liftinq, parlaqlıq

- İkiqat çənə > Yağ əridici tərkiblərlə yağları azaldır

- Boyun > Boyun nahiyəsindəki dərini möhkəmləndirir və hamarlaşdırır

- Sellülit > Sellülit görünüşünü azaldır və dərini dartır. Məhsullar sellülitin xüsusiyyətlərinə görə seçilir (şişkin, lifli və ya şişkin-lifli-bərkimiş)

- Saç > Zədələnmiş saçları bərpa edir və yenidən uzanmasına kömək edir.

Mikroiynələmə – Dermaroller

  • 300 Avro – 30 dəq

Xüsusi tibbi alət zahiri amillərin təsiri ilə yaşlanmaya və xronoyaşlanmaya meylli nahiyələrdə, sızanaqsonrakı yerlərində və zolaq yerlərində təbii yolla yeni kollagenin əmələ gəlməsini şərtləndirmək üçün istifadə edilir.

Bu, hialuron turşusu, TZP, vitaminlər (xüsusilə, C vitamini) və AHA (Meyvə Turşuları) kimi yerli məhsullarla və ya onlar olmadan dəri kollageninin əmələ gəlməsi metodudur.   

Səthi Kimyəvi Pilinqlər

  • 300 Avro – AHA (Meyvə Turşusu) Pilinqi
  • 500 Avro - TXT

Bu yüngül pilinq müxtəlif sıxlıqlı (20%-70%) AHAS (Meyvə Turşuları) və ya az sıxlıqlı (5%) TXT (Trixloroasetik Turşu) istifadə yolu ilə əldə edilir. Müalicə dərini qabıqdan çıxarır, dərinin ölü hüceyrələr və keratinositlər qatını boşaldaraq xaric edir. Müalicənin dərhal və nəzərəçarpan nəticələr verir. O, daha hamar, parlaq və sağlam görünüşlü bir dərini üzər çıxarır.