!-- Facebook Pixel Code -->
Fizioloji Fəallıq Şöbəsi

Uzun müddətli və sağlam həyat

BRON ÜÇÜN

Diaqnostika

Həyat tərzi ilə bağlı stressin qiymətləndirilməsi

  • 240 AZN - 30'

Bu unikal test orqanizmin müxtəlif stress səbəblərinə, psixi və emosional yüklənməyə verdiyi reaksiyası haqqında ətraflı məlumat əldə etməyə imkan verir. Test vegetativ sinir sistemi tərəfindən ürəyin fəaliyyətinin tənzimlənməsi səviyyəsini müəyyən edir. Beləliklə, o, həyat tərzi ilə rifah arasındakı qarşılıqlı əlaqəni üzə çıxarır.

Bədən quruluşunun ikiqat enerjili rentgen absorptimetriyası ilə analizi (DEXA)

  • 240 AZN - 30'

Bu test bədənin hər hansı bir hissəsindəki yumşaq toxumaların və sümüklərin tərkibi, o cümlədən sümüklərdəki mineralların sıxlığı, əzələ və yağ toxumasının kütləsi barədə dəqiq məlumatlar əldə etməyə imkan verir. Əldə edilmiş nəticələr sağlamlığın, çəkinin tənzimlənməsi və monitorinqi, eləcə də yaxşı fiziki formanın saxlanılması məqsədilə istifadə olunur.

Rəqəmsal İnfraqırmızı Termal Şəkilləndirmə (DITI/RİTŞ)

  • 190 AZN - 15'

Tibbi RİTŞ müayinə edən həkimə dəri səthinin temperaturunda dəyişikliklərin qrafik təsviri vasitəsilə patoloji vəziyyətləri və yumşaq toxumaların mexaniki zədələnməsini görüntüləməyə və qiymətləndirməyə imkan verən qeyri-invaziv, şüasız diaqnostik üsuldur. Bu vizual təsvir orqanizmin temperaturunu görüntüləyir və rənglər spektri bədən səthindən buraxılan infraqırmızı şüalanmanın miqdarının artması və azalmasını göstərir. Sağlam orqanizmdə normal termal simmetriya mövcud olduğundan, ən kiçik anormal temperatur asimmetriyası dərhal müəyyən olunur. Bu vizual təsvir damar, əzələ, sinir və skelet sistemi patologiyalarında mühüm tətbiqə malikdir və həkim tərəfindən patogenez və diaqnozun təyin edilməsində yardımçı olur.

Qamət, onurğa və əzələ balansının pozulmasının qiymətləndirilməsi

  • 310 AZN - 60'

Bu test zərərli şüalanmadan istifadə etmədən onurğa sütununun əyriliyini, oynaqların hərəkətliliyini və əzələ bağlarının zəifliyini qiymətləndirir. Bu faktorlar zamanla bütün dayaq-hərəkət sisteminin fəallığının dəyişməsinə gətirib çıxarır və müalicə olunmazsa, yaşlandıqca qamətin əyilməsinə, fiziki işgörmə qabiliyyətinin itirilməsinə, həyat aktivliyinin azalmasına və ağrılara səbəb ola bilər.

Müalicələr

“Neurac” üsulu ilə müalicə

  • 310 AZN - 55'

Bu müalicə skelet-əzələ ağrısı və sinir-əzələ disfunksiyası üçün effektiv təsirə malikdir. Müalicə fiziki funksionallığı yaxşılaşdırmaq və ağrısız hərəkətləri bərpa etmək üçün funksional terapevtik məşqlərdən ibarətdir. Əzələlər arasında zəiflik və balans pozulması aradan qaldırılır. Qısa müddətdə ağrıdan qurtulmasına və/və ya funksiyaların yaxşılaşdırılmasına nail olunur. Müalicə əzələlər arasında bağlılığı yaxşılaşdırır və təkcə simptomlar deyil, problemi yaradan səbəb üzərində konsentrasiya olunur.

Osteopat müalicəsi/Manual terapiya

  • 240 AZN - 30'

Sertifikasiyadan keçmiş osteopat yığılmış gərginlik və əzələ kontrakturası ilə bağlı olan istənilən qamət pozğunluğunu qiymətləndirir və onun bacarıqlı əlləri sümük, əzələ və oynaq problemlərini aradan qaldırmaq və orqanizmin hərəkətliliyini artırmaq üçün dartma, masaj və digər müalicəvi manipulyasiyalar yerinə yetirməklə, toxumalara qan təchizatının artırılmasına və bütövlükdə bədənin bərpasına kömək edir.

Fizioterapevtik müalicə

  • 170 AZN - 30'

Yüksəkixtisaslı fizioterapevt travma və əzələ ağrıları ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün problemin kompleks həllini təklif edir.

“Tuina” masajı ilə müalicə

  • 240 AZN - 25'
  • 480 AZN - 50'

İxtisaslı həkim rahat geyimlər və ya dəsmal üzərindən yerinə yetirilən texnika və zərif manipulyasiyaların düzgün seçilməsi üçün ənənəvi Çin təbabətinin əsaslarından istifadə edərək sizin fiziki və energetik səviyyənizi dəyərləndirir. Unikallığı ilə fərqlənən bu texnikalardan bəzilərinə masaj terapiyasının digər formalarının heç birində rast gəlinmir. “Tuina” masajı orqanizmin müxtəlif pozulmalarının, o cümlədən yuxusuzluq, qəbizlik, baş ağrıları, miqrenin növləri, yoğun bağırsağın iltihabı/spazmalı kolit, menstruasiya öncəsi narahatlıqlar və emosional problemlərin aradan qaldırılmasında həddindən artıq effektiv ola bilər. Bu, həmçinin həzm, tənəffüs, reproduktiv/cinsi sistem ilə bağlı pozulmaların müalicə edilməsində də faydalıdır. Əksər insanlar boyun və çiyin əzələlərində olan sərtliyin, oturaq sinirin iltihabı – işiasın, radikulit və bel ağrılarının müalicəsini axtarır. “Tuina” masajı hazırda təcrübədə istifadə olunan bədən üzərində aparılan manipulyasiya sisteminin ən qədim forması hesab edilir.

Yüksəktonlu enerji proseduru (HighTone)

  • 270 AZN - 50'

Bu müalicə hüceyrələri aktivləşdirmək və orqanizmi canlandırmaq üçün bədənə enerjinin daxil edilməsindən ibarətdir. O, həmçinin maddələr mübadiləsini yaxşılaşdırmaq və ağrıları azaltmaq məqsədilə hüceyrə strukturunu titrədərək rezonans yaradır.

Bütün bədənin Krioterapiyası: -110oC temperaturda müalicə (4 nəfərə qədər)

  • 130 AZN - 1 müalicə seansı
  • 370 AZN - 3 müalicə seansı
  • 660 AZN - 6 müalicə seansı
  • 1000 AZN - 12 müalicə seansı

Xroniki iltihabi xəstəliklərə qarşı çox effektiv olan bu müalicə üsulu həmçinin pasiyentə heç bir narahatlıq yaratmadan orqanizmin gücünü bərpa edir, fizioloji vəziyyəti yaxşılaşdırır, əmək qabiliyyətini artırır, ağrıları aradan qaldırır, dəriyə parlaqlıq və sağlamlıq bəxş edir, yuxunun keyfiyyətini yaxşılaşdırır. Həkimin təyinatından sonra bütün bədən -110°C temperaturda, soyuq otaqda maksimum 3 dəqiqə saxlanılır. Bu qısa sürən fiziki müalicə uzunmüddətli effektə malikdir. Maksimum effektə nail olmaq üçün çox zaman digər müalicələr ilə birlikdə tətbiq edilir.

Hipoksiya Müalicəsi

  • 150 AZN - 1 müalicə seansı (30')
  • 370 AZN - 3 müalicə seansi

Orqanizmin aerobik metabolizmini yaxşılaşdırmaq məqsədilə oksigen səviyyəsi azaldılmış xüsusi otaq və ya maska vasitəsilə inhalyasiyadan ibarət bu müalicə enerji istehsalı və yüksək səviyyəli fermentativ antioksidant müdafiə üçün oksigenin daha effektiv istifadəsinə imkan verir. Fiziki məşqlər proqramı ilə birlikdə tətbiq edilə bilən bu müalicə üsulu ümumi sağlamlıq vəziyyətini, əhval-ruhiyyəni və fiziki formanı yaxşılaşdırır.

Anti-qravitasiya müalicəsi

  • 150 AZN - 1 müalicə seansı (45')
  • 370 AZN - 3 müalicə seansı

Bu avadanlıq gümrahlıq və reabilitasiya aləti kimi təsir göstərir və insana narahatlıq gətirmədən bədəninin çəkisini azaltmaqla onu yüklənmədən azad edir. O, daha az ağrı ilə məşqləri yerinə yetirməyə və zədə riskini azaldaraq daha yüksək metabolik stimulyasiyaya nail olmağa imkan verir. Bu üsuldan çəki azaltma proqramlarında, yıxılma təhlükəsi olmayan mühitə uyğunlaşmada, beyin stimulyasiyasında, eləcə də travma və ya cərrahiyyə əməliyyatlarından sonra daha yüngül fizioterapiyada istifadə olunur.

Vakuum müalicəsi

  • 120 AZN - 1 seans (30')
  • 310 AZN - 3 müalicə seansı
  • 540 AZN - 6 müalicə seansı

Bu müalicəyə vakuum ilə əldə edilən aşağı təzyiqli texnologiyadan istifadə daxildir. Piyin parçalanması və sellülitin yaranmasının qarşısını almaq məqsədilə bu üsul piyin yandırılması təlim proqramı ilə birgə tətbiq olunur.