!-- Facebook Pixel Code -->
Estetika Şöbəsi

Mükəmməl harmoniya içində

Bədən üçün masaj və prosedurlar

Şeno Detoks Masajı

  • 110 Avro - 55'

Bu fundamental birinci mərhələ prosedurda, xüsusi metod və yüksək detoksikasiyaedici məhsulların köməyi ilə dərin toksinlər xaricetmə sistemi vasitəsilə xaric olunur. Əl metodları və xüsusi sorucu cihazın birgə fəaliyyəti bədən mayelərinin hərəkətini sürətləndirir, və beləliklə toksinləri aradan qaldırır, hüceyrə regenerasiyasını stimulyasiya edir. 

Şeno Enerji Masajı

  • 110 Avro - 55'

Bu prosedur, sorucu başlıqlar vasitələr vasitəsilə enerji balansını və limfa sistemini bərpa etmək, meridinalarda enerji axınını təmizləmək və asanlaşdırmaq, qan dövranını yaxşılaşdırmaq məqsədi daşıyır. 

Şeno Relaksasiya Masajı

  • 110 Avro - 55'

Bu unikal bədən masajı fiziki və əqli relaksasiya yaradır, dərin gümrahlıq və rahatlıq hissi bəxş edir. Bu, əzələlərin relaksasiya olmasına, beyni fikirlərdən təmizləməyə, ağır fiziki və ya əqli yüklənmədən sonra  qüvvəni bərpa etməyə yardım edir. 

Şeno Birləşdirici Toxuma Masajı

  • 110 Avro - 55'

Əzələ toxumasının dərindən masajı, əzələlərin iltihabı ilə əlaqədar yaranan xroniki gərginliyi aradan qaldırmaq üçün nəzərdə tutulub. Bu, əzələləri relaksasiya etməyə, toxumaları  təmizləməyə və oksigenizasiyaya kömək edir. 

Şeno Limfatik Manual (Əl ilə) Masajı

  • 110 Avro - 55'

Limfadrenaj, ritmik həyata keçirilən zərif və yumşaq harmonik prosedurdur. Bu üsul həddindən artıq relaksasiya edicidir, o, orqanizmdə mayelərin dövranını yaxşılaşdırır, durğun limfa toxumalarını aradan qaldırır və immun sistemini möhkəmləndirir.  

Şeno Ayaq və Əl Refleksogen Masajı

  • 110 Avro - 55'

Bu enerjiverici terapiya, əl və ayaqlardakı akupunktur nöqtələrinin intensiv masaj və  stimulyasiyası vasitəsilə orqanizmin balansını bərpa etməyə imkan verir və həmçinin onun elastikliyini bərpa edir, ayaq və əl oynaqlarının hərəkətliliyini yaxşılaşdırır. 

Tonuslaşdırıcı Masaj

  • 110 Avro - 55'

Bədənin enerji nöqtələrinə effektiv təzyiq, yumşaq toxunuş və lazımi dartmalar, əzələ səthlərinə dərindən nüfuz edərək çox yaxşı təsir nəticələrinə malik olur. Bu, orqanizmin enerji mərkəzlərini balanslaşdırmağa və bütün daxili sisteminlərin bir-birinə uyğunlaşmasına kömək edir.

Şeno Üz və Baş Masajı

  • 110 Avro - 55'

Bu prosedur, gərginliyi azaltmaq və baş dərisi və üz nahiyəsini rahatlaşdırmaq, artiq limfanı başdan kənar etmək, qırışları açmaq və dərinin elastikliyini bərpa etmək üçün başın enerji nöqtələri və zonalarını çox effektiv bir üsulla stimulyasiya edir.  

Şeno Sellülit Müalicəsi Masajı

  • 110 Avro - 55'

Bu prosedura lazımi nahiyələrin Cellutec vasitəsilə təmizlənməsi və intensiv masaji aiddir; bu, efir yağlarının və toplanmış sellülitin aradan qaldırılmasını sürətləndirmək üçün istifadə olunan yosunların daha yaxşı sorulmasına imkan verir.  

Şeno Qarın Müalicəvi Masajı

  • 110 Avro - 55'

Bu müalicə proseduru, qarın nahiyəsinin toksinlərini bədəndən çıxaran və bağırsaqların funksiyasını yaxşılaşdıran zərif, lakin intensiv əl masajından ibarətdir. Enerji nöqtələrinin elektrik stimulyasiyası ilə birgə qarnı köpdən azad edir və piyləri əridir. 

Şeno Regenerasiya Müalicəvi Masajı

  • 110 Avro - 55'

Bədən, nəfəsvermə zamanı toksinlərin 70%-dən azad olur. Effektiv nəfəsalma bədəni toksinlərdən təmizləməyə imkan verir. Müvafiq olaraq, əzələlər gərgin olduqda nəfəsalma səthi olur. Nəfəsalma səthi olduqda, şəxs ehtiyacı olduğu qədər oksigen əldə edə bilmir. Bu prosedur, diafraqmanı açaraq nəfəsalmanı optimallaşdırır və  gərginlkləri  aradan qaldırır. 

Şeno Sinə Masajı

  • 110 Avro - 55'

Bu müalicə tonuslaşma, möhkəmlənmə, qidalanma və yaşlanma əleyhinə qulluq tələb edən sinə dərisinin qayğısına qalır. Bu, həmçinin, enerji nöqtələrinə stimulyasiya ilə birlikdə nahiyəni toksinlərdən təmizləyir, sinə əzələlərini möhkəmləndirir. 

Üz Prosedurları

Şeno Təmizləyici Detoks Üz Proseduru

  • 120 Avro - 55'

Bu detoksifasiyaedici və qidalandırıcı prosedur epridermisdə hüceyrələrin yenilənməsi və bərpasını təmin edir.  Bu dərin təmizləyici prosedur, illər ərzində toxumalarda toplanmış çirk və metabolik tullantıları xaric etməklə solğun dəriyə enerji bəxş edir. Dəri sağlam və parlaq olur. 

Şeno Təravətləndirici və Qidalandırıcı Proseduru

  • 140 Avro - 85'

Bu prosedur dərini ehtiyacı olduğu qidalandırma və nəmlədnirməni təmin etmək üçün toxumaları vitamin və minerallar ilə balanslaşdıran xüsusi məhsulların istifadəsindən ibarətdir. Energetik massaj birləşdirici toxumanı stimulyasiya edir və dəriyə canlılıq və parlaqlıq bəxş etmək üçün enerji axınını yaxşılaşdırır. 

Şeno Yaşlanma Əleyhinə Regenerativ Müalicə Proseduru

  • 140 Avro - 85'

Bu müalicə proseduru, dərinin təbii müdafiəsini möhkəndirmək və sərbəst radikalları neytrallaşdırmaq üçün hüceyrə səviyyəsində təsir edən elektrik stimulyasiyası ilə birgə xüsusi masaj texnikasından ibarətdir. Bu prosedur, dərinin elastikliyini və möhkəmliyini yaxşılaşdırır və dəri sallanmasının qarşısını alır. Yaşlı və quru dərilər üçün idealdır. 

Şeno Üz Təmizlənməsi Masajı

  • 120 Avro - 55'

Bu prosedur, dərinin rəngini daha parlaq etmək, üz konturlarını yumşaltmaq və dərini tonuslaşdırmaq üçün nəzərdə tutulub. Limfa sistemini aktivləşdirməklə təmizləyici masaj şişkinlikləri aradan qaldırır, göz qapaqlarının şişkinliyini azaldır və üz dərisini daha parlaq edir. 

Kişilər üçün Şeno Üz Müalicəsi

  • 120 Avro - 55'

Bu müalicə növü kişilərin dərisinə qulluğa dair təcrübə əsaslı biliklərdən faydalanmaqla diqqətlə yaradılmışdır. Proses dərindən təmizləmə və qabıqdançıxarma ilə başlayaraq, hüceyrələrin yenilənməsini şərtləndirmək və yaşlanmanın qarşısını almaq üçün hazırlanmış qısa bir masajla davam etdirilir.     

Faydaları: Dərindən rahatlaşdırıcı və yaşlanma əleyhinə olub, dərini yenidən canlandırıb oksigenlə zənginləşdirərək, ona sağlam və daha cavan görünüş verir.

 

Şeno Göz Proseduru

  • 70 Avro - 25'

Göz nahiyəsi üçün olan bu eksklüziv prosedur zamanı mineral və vitaminlərlə zəngin olan aktiv inqredientlərin qarışığından istifadə olunur. Bu prosedur, həmin nahiyənin zərif və həssas dərisini optimal nəməndirmək və müdafiə etmək üçün şişkinlik əleyhinə və korreksiya edicilərin tətbiqindən ibarətdir. Nəticə yorğunluq əlamətlərini, şişkinliyi, gözlərin altında olan torbaları və kölgələri aradan qaldırır.