!-- Facebook Pixel Code -->
BRON ÜÇÜN

Müasir sağlamlıq mərkəzi

Bizim müasir tibbi spa mərkəzimiz (6000 m2) tamamilə sağlamlığın möhkəmləndirilməsi və əhval-ruhiyyənin yaxşılaşdırılmasına həsr olunub. Burada, hər bir qonaq Şeno tibbi və spa prosedurlarından yararlanmaqla yanaşı tibbi müayinədən keçir və pəhriz qaydalarına riayyət edir.

Əlavə olaraq, burada tibbi estetik prosedurlar, yüksək səviyyəli metabolik laboratoriya, -110° C krio kamera, fiziki sağlamlığı yoxlamaq üçün anti-qravitasiya texnologiyası və hündürlük kamerası mövcuddur. Məqsəd – bədənin və zehnin bərpası və detoksikasiyasıdır. Biz sizin qısa müddətli səfərinizi bərpaedici istirahətə çeviririk.

Diaqnostika və müalicə prosedurları

Qonaqlarımızı peşəkar həkimlər, dietoloqlar, osteopatlar, terapevtlər və fərdi məşqçilər müşaiyət edir.

Sağlamlıq mərkəzimizə təşrif buyuran qonaqlarımız tibbi müayinədən keçirlər. Bu müayinə, tibb mütəxəssislərinə qonağın fiziki sağlamlığının cari vəziyyətini və tələblərini qiymətləndirmək, və fərdi qaydada müalicə planı tərtib etmək imkanını yaradır.

Proqramlarımız ilə tanış olun